🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Siyəzəndə 6 kiloqram narkotik aşkarlandı, bir nəfər həbs edildi

Azərbaycan.media xəbər verir ki, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 6 kiloqram narkotik vasitə aşkarlanıb.

Əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş 40 yaşlı Ş.Bayramov narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinərək saxlanılıb. Onun üzərindən təxminən 6 kiloqram marixuana, həmçinin külli miqdarda heroin, psixotrop maddə olan metamfetamin120 ədəd psixotrop tərkibli preqabalin həbi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.