Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Hindistanın Rusiyadan neft idxalını davam etdirməsi halında bu ölkəyə qarşı əlavə tədbirlərin görülməsini nəzərdə tutan sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, ABŞ-ın ticarət katibi Hindistanın Rusiyadan birbaşa və ya dolayı yolla neft idxalını bərpa etdiyini müəyyən edərsə, dövlət katibi Xəzinədarlıq, Ticarət və Daxili Təhlükəsizlik nazirlikləri, eləcə də ABŞ Ticarət Nümayəndəsi ilə məsləhətləşmələr aparacaq.
Bu məsləhətləşmələrdən sonra Hindistana qarşı əlavə tədbirlərin görülüb-görülməməsi və bu tədbirlərin hansı miqyasda tətbiq olunması barədə prezidentə tövsiyələr təqdim ediləcək. Sözügedən tədbirlər sırasında Hindistandan idxal olunan mallara əlavə 25 faiz rüsumun yenidən tətbiq edilməsi ehtimalı da yer alır.
