🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Yanacaq qiymətlərinin artımının inflyasiyaya təsiri açıqlanıb

Azərbaycan.media xəbər verir ki, ötən ilin sonunda benzin və dizel yanacağının qiymətinin artırılmasının illik inflyasiyaya birbaşa təsiri 0,31%, dolayı təsiri isə 0,33% səviyyəsində qiymətləndirilir.

Bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, nəticə etibarilə yanacaq qiymətlərindəki artımın inflyasiyaya ümumi artırıcı təsiri 0,64% təşkil edir.