Azərbaycan.media xəbər verir ki, paytaxtda avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam etdirilir.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) açıqlama yayıb. Bildirilib ki, növbəti minib-düşmə yerləri Səbail və Nəsimi rayonlarının ərazisində təşkil olunub.
Belə ki, Üzeyir Hacıbəyli küçəsində (Puşkin küçəsi ilə Azadlıq prospekti arasında) və Azadlıq prospektində (ABŞ səfirliyinin qarşısında) sərnişinlərin minib-düşməsi üçün nəzərdə tutulan ərazilər müəyyən edilib və müvafiq yol nişanları quraşdırılıb.
Oxundu: 14
