Azərbaycan.media xəbər verir ki, fevralın 3-də gecədən səhərə kimi davam edən güclü külək nəticəsində paytaxtda 19 ağac sınıb, 15 ağacın budaqları qırılıb.
Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib. Qeyd olunub ki, birliyin əməkdaşları güclü küləklə əlaqədar gücləndirilmiş iş rejimində çalışır:
“Sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə götürülür və ərazi təmizlənir”, – deyə açıqlamada bildirilib.
