🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sosial Xidmətlər Agentliyində vətəndaş qəbulu keçirilib

Azərbaycan.media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyində vətəndaş qəbulu təşkil edilib.

Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov vətəndaşların mənzil və avtomobil təminatı, sanatoriya-kurort yollayışları və digər sosial xidmətlərlə bağlı müraciətlərini dinləyib. İştirakçıların müvafiq mövzularda sualları cavablandırılıb.

Qəbul zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri qeydiyyata alınıb və həlli üçün aidiyyəti qurumlara tapşırıqlar verilib.

Qeyd olunub ki, bu cür vətəndaş qəbulları mütəmadi olaraq keçirilir və sosial xidmətlərə əlçatanlığı artırmağa xidmət edir. Vətəndaşlar qəbula yazılmaq üçün Agentliyin (012) 525-41-30 (daxili 5625) telefon nömrəsinə zəng edə, sxa@sosial.gov.az elektron poçt ünvanına müraciət edə, sosial şəbəkə hesabları vasitəsilə yazışa və ya yerli filiallara yaxınlaşa bilərlər.

Azərbaycan.media