Azərbaycan.media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göyçay şəhəri, Atatürk prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat Xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində beşmərtəbəli yaşayış binasının zirzəmisində baş vermiş yanğının genişlənməsinə və mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülməsi təmin edilib.
Yanğın nəticəsində binanın zirzəmi hissəsində 5 kvadratmetr sahədə süngər tullantıları yanıb. Tüstünün təsirinə məruz qalan mənzildən 2 nəfər təxliyə olunub.
Mənzillər yanğından mühafizə edilib.
