Azərbaycan.media xəbər verir ki, Ağsu rayonu Sanqalan və Quzey kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması işlərinə start verilir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidməti hazırlıq işlərini yekunlaşdırıb.
Sözügedən işlərin icrası “Hydro-Geo Environment Group” şirkətinə həvalə edilib və qurumla müqavilə bağlanıb. Bağlanmış müqavilənin maliyyə dəyəri 682 min manat təşkil edir.
Oxundu: 22
