Azərbaycan.media xəbər verir ki, sağlam uzunömürlülüyün əsasını fiziki aktivlik, müntəzəm tibbi müayinələr və göstəricilərə nəzarət, eləcə də ailə dəstəyi təşkil edir.
Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Piroqov Universitetinin Rusiya geriatrik elmi-klinik mərkəzinin direktoru, professor Olqa Nikolayevna Tkaçova Gazeta.ru-ya verdiyi açıqlamada bildirdi ki, uzunömürlülük üçün üç əsas amil var.
Birinci amil müntəzəm fiziki aktivlikdir. Tkaçova qeyd edib ki, hərəkət yalnız öhdəlik kimi yox, həm də zövq mənbəyi kimi qəbul edilməlidir:
“Fiziki aktivliyi elə sevmək lazımdır ki, müntəzəm məşqlərə daxili ehtiyac yaransın. Çünki bədəni və ruhu möhkəmləndirən sağlam həyat tərzi yalnız o halda mümkündür ki, insana məmnunluq və sevinc bəxş etsin.”
İkinci amil profilaktik tibbi müayinələr və sağlamlıq göstəricilərinə nəzarətdir. Müntəzəm check-up-lar problemləri erkən mərhələdə aşkar etməyə və orqanizmin sürətlənmiş köhnəlməsinin qarşısını almağa imkan verir. Tkaçova xüsusilə arterial təzyiq, qlükoza və xolesterin səviyyələrinin nəzarətdə saxlanmasının vacib olduğunu vurğulayıb. Araşdırmalar göstərir ki, bu göstəricilərin stabilliyi yaşlı dövrdə həyat keyfiyyətinə birbaşa təsir edir.
Üçüncü amil isə ailə vəziyyətidir. Sosial dəstək və sabit şəxsi münasibətlər sağlamlıq və qocalma prosesinə mühüm təsir göstərir. Professor qeyd edib:
“Müşahidələr göstərir ki, ailəli insanlar orta hesabla özlərini daha yaxşı hiss edir və daha uzun yaşayırlar.”
