Azərbaycan.media xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında bir neçə gündür davam edən qar fırtınası ölkədə ciddi təsirlər yaradıb.
Xarici KİV-lərin məlumatına görə, soyuq hava və qar yağışı səbəbindən 800 mindən çox insan hələ də işıqsız qalıb, 17 mindən çox aviareys ləğv edilib.
Tennessi ştatında hava şəraiti ilə bağlı 3 nəfər ölüb, beləliklə, ABŞ üzrə fırtına səbəbindən ölənlərin sayı 18-ə çatıb.
Böyük şəhərlərdə məktəblər ya bağlanıb, ya da distant təhsilə keçib. Səlahiyyətlilər fırtınanın təsirlərinin günlərlə, hətta həftələrlə davam edə biləcəyini bildirib.
Oxundu: 26
