Azərbaycan.media xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) regionlarda sahibkarların müraciətlərini yerində öyrənmək və təkliflərini dinləmək məqsədilə görüşlər təşkil edəcək.
Məlumatda bildirilib ki, 2026-cı il ərzində KOBİA rəhbər şəxslərinin ölkənin müxtəlif bölgələrində qəbulları keçiriləcək.
İlk qəbullar yanvarın 29-da baş tutacaq. İdarə Heyəti sədrinin müavini Emil Hüseynli Xaçmaz, Quba və Qusar rayonlarından olan sahibkarları qəbul edəcək. Qəbul saat 11:00-dan etibarən “Xaçmaz KOB evi”ndə (Xaçmaz şəhəri, Bakı prospekti 45) keçiriləcək.
Sahibkarlar qəbula gəlmək üçün KOBİA-ya müraciət etməklə öncədən yazıla bilərlər:
Telefon: 055 200 03 79
Email: azar.panahov@smb.gov.az
Əlaqə şəxsi: Azər Pənahov, KOBİA-nın Quba-Xaçmaz iqtisadi rayonu üzrə koordinatoru.
