Azərbaycan.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidə keçirilən danışıqların nəticələrini şərh edərkən ölkəsinin mövqeyinin dəyişməz qaldığını bildirib.
O qeyd edib ki, sülh müqaviləsi çərçivəsində Ukrayna heç bir halda Donbası Rusiyaya verməyəcək:
“Ərazilərimizlə bağlı mövqeyim dəyişməz olaraq qalır. Ukrayna torpaqlarından imtina etməyəcək, lakin münaqişənin dayandırılması üçün kompromis axtarıb tapmaq lazımdır”.
Zelenski eyni zamanda ABŞ-la təhlükəsizlik zəmanətləri üzrə sənədin tam hazır olduğunu vurğulayıb. Onun sözlərinə görə, sənəd artıq 100 faiz formalaşıb və imzalanma mərhələsinə keçid üçün tərəfdaşlardan tarix və yer barədə rəsmi siqnal gözlənilir.
“Ukrayna üçün konkret təhlükəsizlik zəmanətləri bu müharibənin bitməsi üçün konkret vaxt çərçivələrini müəyyən edir. Sənəd tam hazırdır. İmzalandıqdan sonra təsdiq üçün ABŞ Konqresinə və Ukrayna parlamentinə təqdim ediləcək”, – deyə dövlət başçısı əlavə edib.
