🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Horadiz” sərhəd dəstəsi istiqamətində PUA ilə narkotik keçirmək cəhdinin qarşısı alındı

Azərbaycan.media xəbər verir ki, yanvarın 18-də Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinə cəhd edilib.

Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının hava məkanına qanunsuz daxil olan PUA vaxtında aşkarlanaraq zərərsizləşdirilib.

Hadisə yerinə baxış zamanı ümumi çəkisi 6 kiloqram 600 qram olan narkotik vasitə — marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.