🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İspaniya Deputatlar Konqresinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycan.media xəbər verir ki, İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias yanvarın 22-də Azərbaycana rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev Beynəlxalq Hava Limanında İspaniya parlament nümayəndə heyətini Milli Məclisin İspaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevil Mikayılova, Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov, İspaniyanın Türkiyə və Azərbaycandakı səfiri Kristina Latore, Azərbaycandakı müvəqqəti işlər vəkili Xose Pedro Torrubia və digər rəsmi şəxslər qarşılayıblar.

Rəsmi səfər çərçivəsində Fransina Armenqol Sosiasın ölkə rəhbərliyi və digər rəsmi şəxslərlə bir sıra görüşlərinin keçirilməsi, ikitərəfli münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.