Azərbaycan.media xəbər verir ki, yanvarın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa düşəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 65-70 % təşkil edəcək. Gecə və səhər bəzi şəhərətrafı ərazilərdə yolların buz bağlama ehtimalı var.
Rayonlarda isə havanın əsasən yağmursuz keçəcəyi, gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntı və qar olacağı, bəzi yerlərdə arabir dumanın müşahidə olunacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 7-12, yüksək dağlıq ərazilərdə gecə 12-16 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
