Azərbaycan.media xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan brifinqdə bildirib ki, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası “Tramp yolu” (“TRIPP”) nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi üçün vacibdir.
“Hazırda müəyyən iş prosesləri gedir, fürsət yarandıqda demarkasiya prosesi davam edəcək. Əlbəttə, hər şey yerində baş verəcək, çünki kommunikasiyalar və TRIPP layihəsinin işə salınması üçün sərhədin bu hissələri demarkasiya olunmalıdır”, – Paşinyan sərhədlərin delimitasiya və demarkasiyası prosesi ilə bağlı sualı cavablandırarkən bildirib.
Baş nazir əlavə edib ki, hazırda yerdə aktiv işlər aparılır və məlumatlar əldə olunduqca ictimaiyyətə açıqlanacaq: “Bu iş həssas yanaşma tələb edir. Hazırda bu detalları qeydə almaq üçün sənədlər hazırlanır”.
