Azərbaycan.media xəbər verir ki, paytaxtın Sabunçu rayonunda ağır yol qəzası baş verib. Hadisə saat 05:10 radələrində Kürdəxanı qəsəbəsi istiqamətində, Məhəmmədli dairəsi yaxınlığında qeydə alınıb.
1987-ci il təvəllüdlü Toğrul Süleymanovun idarə etdiyi “Mercedes Vito” markalı avtomobil sərxoş vəziyyətdə yolun üzərində uzanmış 2003-cü il təvəllüdlü Kənan Əmirovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.
