🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Britaniya Ukraynada atəşkəsə nəzarət missiyasında iştirak edəcək

Azərbaycan.media xəbər verir:

Böyük Britaniya münaqişə dayandırıldıqdan sonra Ukraynada atəşkəsə nəzarət üzrə ABŞ-ın rəhbərlik etdiyi missiyada iştirak edəcək.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer Parisdə “İstəklilər koalisiyası” sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

“Biz ABŞ-ın rəhbərliyi altında istənilən atəşkəsin monitorinqi və verifikasiyasında iştirak edəcəyik”, – deyə Starmer vurğulayıb.