🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Venesuela XİN: ABŞ Latın Amerikası və Karib regionunun bütün ölkələrinə qarşı aqressiv siyasət yürüdür

Azərbaycan.media xəbər verir ki, Venesuelanın xarici işlər naziri İvan Hil Pinto Latın Amerikası və Karib Dövlətləri Birliyinin (CELAC) videokonfrans formatında keçirilən fövqəladə sammitində ABŞ-ın regiona qarşı siyasətini kəskin tənqid edib.

Nazir bildirib ki, ABŞ-ın son addımları yalnız Venesuelaya deyil, bütövlükdə Latın Amerikası və Karib hövzəsində yerləşən ölkələrə yönəlmiş aqressiyanın açıq təzahürüdür. Onun sözlərinə görə, həyata keçirilən hücumlar regionun suverenliyinə və müstəqil inkişaf hüququna qarşı yönəlib.

İvan Hil Pinto vurğulayıb ki, Vaşinqton artıq öz əsas marağını gizlədə bilmir və bu maraq regionun zəngin təbii sərvətlərinə nəzarət etməkdən ibarətdir. O qeyd edib ki, milli maraqlarını və suverenliyini qorumağa çalışan istənilən ölkə ABŞ-ın təzyiq və aqressiyası ilə üzləşə bilər.

Venesuela XİN rəhbəri regional həmrəyliyin və birgə mövqenin bu cür təhdidlərə qarşı əsas cavab mexanizmi olduğunu da diqqətə çatdırıb.