Azərbaycan.media xəbər verir ki, İranın Qum əyalətində ölkədə davam edən etirazlar və iğtişaşlar fonunda terror aktı törətməyə cəhd göstərən silahlı şəxs zərərsizləşdirilib. Bu barədə Qum əyaləti qubernatorunun təhlükəsizlik məsələləri üzrə müavini Mürtəza Heydəri məlumat verib.
Heydəri bildirib ki, İranın düşmənlərinin, xüsusilə ABŞ prezidenti və İsrailin baş nazirinin addımları fonunda bəzi qüvvələr ölkə daxilində xaos yaratmağa çalışırlar.
Onun sözlərinə görə, terrorçu qruplarla əlaqəli olan silahlı şəxs Qum şəhərində qumbara ilə yoldan keçən insanları öldürmək niyyətində olub. Lakin partlayıcı qurğu onun əlində vaxtından əvvəl partlayıb və nəticədə həmin şəxs ölüb.
