Azərbaycan.media xəbər verir ki, bu gündən fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) digər fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq.
APA-nın məlumatına görə, bu dəyişiklik Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə edilmiş əlavələrdə əksini tapıb.
Beləliklə, mövcud qanunvericiliyə əsasən fiziki şəxslərin mənzili kirayə verməsindən əldə etdikləri gəlirdən 14 faiz vergi ödənilməsi nəzərdə tutulurdusa, yeni dəyişikliklə bu dərəcə 10 faizə endirilib.
Qeyd olunub ki, kirayə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildiyi halda, kirayəyə verən şəxs özü və ya onun təyin etdiyi vergi agenti 10 faiz dərəcə ilə vergini ödəməli, həmçinin vergi uçotuna alınaraq bəyannamə təqdim etməlidir.
