Azərbaycan.media xəbər verir ki, Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Axar.az-ın Unikal-a istinadən məlumatına görə, 2003-cü il təvəllüdlü Səbuhi Əliyev qəza nəticəsində həyatını itirib.
Məlumata görə, mərhum Azərbaycan Ordusunda MAXE kimi xidmət edirdi və işğaldan azad olunmuş ərazilərdə xidmət göstərib.
Qeyd edək ki, Səbuhi Əliyev bu gün Qazax rayonunun Qaymaqlı kəndində torpağa tapşırılıb.
Oxundu: 3
