🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Rusiya Ukraynaya məxsus 89 PUA-nın zərərsizləşdirildiyini açıqladı

Azərbaycan.media xəbər verir ki, Rusiya hava hücumundan müdafiə sistemləri ötən gecə ölkə ərazisi üzərində Ukraynaya məxsus 89 pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hava hücumundan müdafiə vasitələri tərəfindən aşkar edilən PUA-lar müxtəlif regionlar üzərində zərərsizləşdirilib.

Məlumata görə, Bryansk vilayəti üzərində 49, Novqorod vilayəti üzərində 18, Adıge Respublikası üzərində 11, Krasnodar vilayəti üzərində 7 pilotsuz uçuş aparatı vurulub. Bundan əlavə, Azov dənizinin suları, eləcə də Orel, Rostov və Smolensk vilayətləri üzərində hər birində 1 PUA məhv edilib.

Hadisə nəticəsində dağıntı və itkilər barədə əlavə məlumat verilməyib.