Məlumata əsasən, hazırda Bakının bir sıra küçə və prospektlərində avtomobillərin hərəkətində çətinliklər var. Sıxlıq müşahidə olunan istiqamətlər aşağıdakılardır:
-
Bakı–Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
-
Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
-
Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
-
Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
-
Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
-
Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyədək;
-
1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
-
Sabunçu–Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;
-
Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;
-
Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində.
NİİM sürücülərə sıxlıq olan ərazilərdə diqqətli olmağı, mümkün qədər alternativ yollardan istifadə etməyi tövsiyə edir.
