🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Naxçıvanda qar qalınlığı artdı: Ordubadın yüksək dağlarında 35 sm-ə çatdı

Azərbaycan.media xəbər verir ki, Naxçıvan Muxtar Respublikası ərazisində yağıntılı hava şəraiti davam edir, bəzi rayonların dağlıq hissələrində qarın hündürlüyü xeyli artıb.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Ordubad rayonunun yüksək dağlıq ərazilərində (3000 metr yüksəklikdə) qar örtüyünün qalınlığı əvvəlcə 29 sm qeydə alınsa da, son ölçmələrə əsasən bu göstərici 35 sm-ə çatıb.

Nazirliyin açıqlamasında bildirilir ki, Parağaçaq Qar Uçqunu Stansiyasında qarın hündürlüyü 12 sm, Şahbuz rayonunun Kükü kəndində 28 sm, Biçənək kəndində 22 sm olub. Şərur rayonunun Axura kəndində qar örtüyü 12 sm təşkil edib.

Əvvəlki müşahidələr zamanı isə Parağaçaq Qar Uçqunu Stansiyasında 7 sm, Şahbuzun Kükü kəndində 16 sm, Şərurda 5 sm, Sədərək və Kəngərli rayonlarında 3 sm, Axura kəndində 8 sm qar qeydə alınmışdı.