Azərbaycan.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibə ilə bağlı mövqeyini demək olar ki, dəyişməyib.
Rusiyanın sülh planını qəbul etmək istəməməsi ABŞ Prezidenti Donald Tramp üçün də ciddi sınaq olacaq.
Məlumata görə, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Floridada Donald Trampla görüşərək müharibənin dayandırılmasına dair 20 maddədən ibarət yeni sülh planını müzakirə edəcək. Zelenskinin sözlərinə görə, plan artıq 90 faiz hazırdır.
Lakin Trampın son açıqlamaları onun prosesi ləngitməyə çalışdığını və planın potensialına tam inanmadığını göstərir. Tramp görüşlə bağlı şərhində bildirib: “Mən təsdiqləməyincə sülh planı olmayacaq.”
Nəşr xatırladır ki, Zelenski və koalisiyanın müttəfiqləri Trampı Rusiyanın istəkləri siyahısına bənzəyən ilkin 28 maddəlik planı dəstəkləməkdən çəkindiriblər. Kiyevdə hazırlanmış 20 maddəlik yeni versiya isə müəyyən kompromisləri özündə ehtiva edir.
Görüşün əsas məqsədi Ukraynada sülhün bərqərar olunması üçün kompromis imkanlarını müzakirə etməkdir.
