Azərbaycan.media xəbər verir ki, Ukraynanın qərb vilayətlərində tərəvəz qiymətləri ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar müzakirələrə səbəb olub.
Ukraynanın iri “Metro” supermarketlər şəbəkəsində bəzi tərəvəzlərin olduqca ucuz qiymətə satıldığı bildirilib. Məlumata əsasən, hazırda mağazada tərəvəzlərin qiymətləri belədir:
Yerkökü – 8,90 qrivna (təxminən 0,36 AZN)
Soğan – 6,90 qrivna (təxminən 0,28 AZN)
Kartof – 11,90 qrivna (təxminən 0,48 AZN)
Çuğundur – 7,90 qrivna (təxminən 0,32 AZN)
Qeyd olunur ki, qiymətlərin bu qədər aşağı olması sosial şəbəkə istifadəçiləri arasında təəccüb və maraqla qarşılanıb. İstifadəçilər bunu regionda istehsal bolluğu və mövsümi amillərlə əlaqələndirirlər.
Oxundu: 7
