Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, dekabrın 29-da Abşeron yarımadasında tibbi-meteoroloji şərait ümumilikdə əlverişli olacaq.
Bildirilib ki, gün ərzində meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir. Bu vəziyyətin xüsusilə meteohəssas insanlar üçün ciddi narahatlıq yaratmayacağı və sağlamlıq baxımından əsasən əlverişli hesab edildiyi vurğulanıb.
