🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Latviya Rusiya və Belarus sərhədləri boyunca gecə uçuşlarına qoyulan qadağanı yenidən uzadıb

Azərbaycan.media xəbər verir ki, Latviyanın aviasiya orqanlarının rəhbərliyi Rusiya və Belarus sərhədləri boyunca bütün növ təyyarələr üçün axşam və gecə uçuşlarına tətbiq edilən qadağanı bir daha uzadıb.

Bu barədə “Riqa” Uçuş Məlumat Bölgəsinin dispetçer xidməti açıqlama yayıb. Bildirilib ki, sözügedən qadağa daha bir həftə müddətinə — gələn ilin 4 yanvarınadək qüvvədə olacaq.

Xidmətin məlumatına əsasən, Rusiya və Belarus sərhədləri yaxınlığındakı hava məkanında hər gün 6 kilometrədək yüksəklikdə uçuşlar ümumdünya vaxtı ilə saat 17:00-dan 05:00-dək, Bakı vaxtı ilə isə 21:00-dan 09:00-dək qadağan edilir.

Qeyd olunur ki, bu məhdudiyyət ilk dəfə sentyabr ayında tətbiq olunub və əvvəlcə günün sonunadək qüvvədə olub. Sonradan təhlükəsizlik səbəbləri ilə qadağanın müddəti mərhələli şəkildə uzadılıb.