🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“El Pais”: ABŞ Avropa ilə 80 illik strateji müttəfiqliyinə faktiki son qoydu

Azərbaycan.media xəbər verir ki, İspaniyanın “El Pais” nəşri ABŞ-ın 2025-ci ildə Avropa ilə uzun illərdir davam edən müttəfiqliyini faktiki olaraq kəsdiyini yazıb.

Nəşrin qiymətləndirməsinə görə, söhbət təxminən səksən il davam etmiş və müasir tarixdə ən uzunömürlü ittifaqlardan biri sayılan transatlantik tərəfdaşlıqdan gedir. Bildirilir ki, hazırda ABŞ ordusu Avropadakı bazalarını bağlamayıb və qoşunlarını geri çəkməyib, lakin bu müttəfiqliyin mahiyyəti əvvəlki məzmununu itirib.

Məqalədə vurğulanır ki, Şimali Atlantika Alyansı (NATO) hələlik kağız üzərində mövcudluğunu qoruyur, lakin Vaşinqtonun son siyasi və hərbi yanaşmaları alyansın gələcəyi ilə bağlı ciddi suallar yaradır. “El Pais” hesab edir ki, ABŞ-ın mövqeyindəki bu dəyişiklik Avropa təhlükəsizliyi və qlobal geosiyasi balans baxımından mühüm nəticələrə səbəb ola bilər.