Azərbaycan.media xəbər verir ki, Göygöl rayonunda axşam saatlarından etibarən yağan yağış havanın kəskin dəyişməsi nəticəsində qara çevrilib.
Güclü qar yağması səbəbindən Göygöl–Toğanalı–Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Hazırda yolda hərəkət qismən təmin edilsə də, bəzi avtomobillər qar səbəbindən yolda qalıb. Ərazidə qar yağması davam edir.
