Azərbaycan.media xəbər verir ki, Xaçmaz rayonunda evdə doğuş zamanı körpənin ölümü qeydə alınıb.
Hadisə dekabrın 25-də rayonun Yergüc kəndində baş verib. Kənd sakini, 1990-cı il təvəllüdlü Təranə Alik qızı Əliyeva yaşadığı evdə doğuş edib, lakin körpə ölü dünyaya gəlib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri araşdırmanın nəticələrindən sonra məlum olacaq.
