Azərbaycan.media xəbər verir ki, İmişli rayonunda dəm qazından boğulma hadisəsi baş verib.
Hadisə rayonun Çahar kəndində qeydə alınıb. Kənd sakini, əvvəllər dələduzluq cinayətindən məhkum olunmuş 1969-cu il təvəllüdlü Mehman Nəsirov yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri müvafiq ekspertizanın nəticəsindən sonra məlum olacaq.
