Azərbaycan.media xəbər verir ki, professor, əməkdar jurnalist Qulu Məhərrəmli Prezident İlham Əliyevin MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi Zirvə görüşünə qatılmamasını təhlükəsizlik baxımından doğru addım kimi qiymətləndirib.
Qulu Məhərrəmli bildirib ki, AZAL təyyarəsi ilə bağlı baş vermiş hadisə Rusiyanın etibarsız və güvənsiz tərəfdaş olduğunu bir daha nümayiş etdirib. Onun sözlərinə görə, mövcud şəraitdə belə bir səfər risklər baxımından əsaslı suallar doğura bilərdi.
Əməkdar jurnalist həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin təxminən 5 saat davam edən və əsasən daxili auditoriyaya hesablanmış təbliğat xarakterli çıxışından sonra sosial şəbəkələrdə rusiyapərəst mövqedə olan istifadəçilərin fəallığında artım müşahidə olunur.
Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik əlavə açıqlama verilməyib.
Mənbə: Azərbaycan.media
