Azərbaycan.media xəbər verir ki, Rusiya Hərbi Hava Qüvvələri Ukraynanın paytaxtı Kiyevə kütləvi zərbələr endirib.
Hücumlar nəticəsində paytaxtın bir çox ərazisində çoxmərtəbəli yaşayış binalarında ciddi dağıntı və zədələr qeydə alınıb. Bəzi binalarda yanğınlar baş verib.
İlkin məlumatlara əsasən, Kiyevdə 2-si uşaq olmaqla 11 nəfər həlak olub, 8 nəfər isə yaralanıb. Yaralıların bir qisminin vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd olunur ki, dağıntıların miqyası və xilasetmə işlərinin davam etməsi səbəbindən ölənlərin sayının arta biləcəyi istisna edilmir.
