Azərbaycan.media xəbər verir ki, dağlıq rayonlarda havanın minimal temperaturu 9 dərəcəyədək şaxta qeydə alınıb.
Milli Hidrometeorologiya Xidmətinə istinadən yaydığı məlumata görə, dekabrın 27-si saat 10:00-a olan vəziyyətə əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub.
Bildirilib ki, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 9 sm, Daşkəsəndə 6 sm, Şahbuzda 4 sm, Xaltanda 2 sm, Şəkidə (Kişçay) isə 1 sm təşkil edib. Düşən yağıntının miqdarı Gədəbəydə 2 mm, Bakıda və Abşeron yarımadasında, eləcə də Lənkəran, Biləsuvar, Neftçala, Sabirabad, Göyçay, Yevlax, Mingəçevir, Tərtər, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Şamaxı, Qobustan və Qubada 1 mm olub.
Qeyd edilib ki, Daşkəsən, Göygöl, Gəncə, Balakən, Qəbələ, Şəmkir, Şəki, Şamaxı, Qobustan, Göyçay və Lerik rayonlarında duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Məlumata əsasən, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Aran rayonlarında 2 dərəcə isti, Naxçıvan Muxtar Respublikasında 6 dərəcə şaxta, dağlıq rayonlarda isə 9 dərəcəyədək şaxta qeydə alınıb.
