🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ağdərənin Vəngli kəndinə növbəti köç mərhələsi: daha 10 ailə yola salındı

Azərbaycan.media xəbər verir ki, Ağdərə rayonunun Vəngli kəndinə 44 nəfərdən ibarət daha 10 ailə köçürülüb.

 Vəngli kəndinə qayıdan ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış şəxslərdir.

Qeyd olunub ki, bu mərhələ ilə birlikdə Vəngli kəndinə qayıdan ailələrin ümumi sayı 137-yə, sakinlərin sayı isə 532 nəfərə çatacaq.