🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Vyetnamda dağ yolunda avtobus qəzası: ölənlərin sayı açıqlandı

Azərbaycan.media xəbər verir ki, Vyetnamın şimalındakı Yen Bay əyalətində dağlıq ərazidə hərəkətdə olan avtobusun aşması nəticəsində ən azı 7 nəfər ölüb.

Hadisə barədə “The Star” nəşri xəbər yayıb. Bildirilib ki, qəzaya uğrayan avtobus xeyriyyə qrupuna məxsus olub və nəqliyyat vasitəsində ümumilikdə 19 sərnişin olub.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır, yaralıların vəziyyəti barədə əlavə məlumat verilməyib.