🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Rusiya Xarkov vilayətinə aviabombalarla zərbə endirib: ölən və yaralananlar var

Azərbaycan.media xəbər verir ki, Rusiya silahlı qüvvələri Ukraynanın Xarkov vilayətinə idarə olunan aviabombalarla zərbələr endirib.

Publika.az-a istinadən məlumat verilir ki, bu barədə Xarkov şəhərinin meri İqor Terexov və Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov açıqlama veriblər.

Bildirilib ki, zərbələr vilayətin ən işlək yollarından birinə endirilib. Hücum nəticəsində bir neçə avtomobil yanıb, ətrafdakı yaşayış evlərinin pəncərələri sınıb. Qeyd olunub ki, yanan avtomobillərdə insanlar da olub.

Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. Faktla bağlı ətraflı məlumatın dəqiqləşdirildiyi qeyd olunub.