Azərbaycan.media xəbər verir ki, Barselona klubu İnterin mərkəz müdafiəçisi Alessandro Bastoni ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb.
Məlumata görə, tərəflər arasında əldə olunan razılaşma 2031-ci ilin yayına qədər nəzərdə tutulur. Bildirilir ki, italiyalı müdafiəçi “Barselona”nı “İnter”dən ayrılmaq üçün əsas seçim kimi görür və transfer məsələsini müzakirə etmək üçün klub rəhbərliyi ilə görüşmək niyyətindədir.
Hazırda futbolçunun illik maaşı 5,5 milyon avro təşkil edir. “İnter” yeni müqavilə ilə bu məbləği 7 milyon avroya çatdırmağa hazırdır. Lakin Kataloniya təmsilçisinin daha yüksək maaş təklif etdiyi bildirilir.
Milan klubu Bastoninin transfer qiymətini 70–80 milyon avro aralığında müəyyənləşdirib. “Barselona” isə 55–60 milyon avro civarında təkliflə çıxış edir. Futbolçu isə tərəflərin ortaq məxrəcə gələcəyinə ümid edir.
Qeyd edək ki, UEFA Euro 2020 çempionu olan Bastoni hazırda “Barselona”nın idman direktoru Deconun qərarını gözləyir. Transfer üçün baş məşqçi Hans-Dieter Flickin də razılığı tələb olunur.
Bildirək ki, müdafiəçinin “İnter”lə müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir. O, 2017-ci ildən klubda çıxış edir və bu müddətdə 295 oyunda 8 qol vurub, 30 məhsuldar ötürmə edib. 2025/2026 mövsümündə isə 37 oyunda 2 qol və 6 assistlə yadda qalıb.
