Azərbaycan.media xəbər verir ki, Bakı Metropoliteninin fəaliyyəti bərpa olunub.
Qurumdan verilən məlumata görə, yaranmış fasilədən sonra metro xətləri saat 15:00-dan etibarən yenidən sərnişinlərin istifadəsinə verilib. “Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir, göstərilən anlayışa görə təşəkkür edirik”, – deyə açıqlamada bildirilib.
Qeyd edək ki, daha əvvəl yayılan məlumatda metronun fəaliyyətinin məhz saat 15:00-da bərpa ediləcəyi elan olunmuşdu.
