Azərbaycan.media xəbər verir ki, Göygöl rayonunda bədbəxt hadisə nəticəsində 74 yaşlı kişi ölüb.
Məlumata görə, hadisə rayonun Yeni Zod kəndi ərazisində baş verib. 1952-ci il təvəllüdlü Köçəri Məmmədov yaşadığı evin həyətində yıxılıb.
Bildirilir ki, o, yıxılarkən boyun nahiyəsinin dəmir şiferə toxunması nəticəsində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
