🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Moldova Prezidenti Maya Sandu Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib

Azərbaycan.media xəbər verir ki, Moldova Respublikasının Prezidenti Maya Sandudan Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu gəlib.

Axar.az-ın məlumatına görə, təbrik məktubunda Maya Sandu dövlətimizin başçısına ən xoş arzularını çatdırıb.

Məktubda deyilir:
“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə möhkəm cansağlığı, davamlı güc-qüvvət və Azərbaycan dövlətinin rəhbəri kimi ali dövləti vəzifənizdə uğurlar arzulayıram.

Moldova Azərbaycanla dostluq münasibətlərini yüksək qiymətləndirir və tərəfdaşlığımızı müəyyən edən etimad və əməkdaşlıq ruhunu dəyərləndirir. Əminəm ki, birlikdə konstruktiv dialoqumuzu dərinləşdirməyə və ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirməyə davam edəcəyik.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.”