🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Müdafiə naziri Zakir Həsənov Liviya Baş nazirinə başsağlığı verib

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Liviya Dövlətinin Baş naziri – müdafiə naziri Abdülhəmid Dibeybəyə başsağlığı ünvanlayıb.

APA-nın məlumatına görə, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Başsağlığında Türkiyə Respublikasından rəsmi səfərdən qayıdan 9H-DFJ bort nömrəli “Falkon 50” tipli təyyarənin qəzaya uğraması nəticəsində Liviya Dövləti Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Məhəmməd Əli Əhməd Əl Haddadın və digər ekipaj üzvlərinin həlak olmasının dərin hüznlə qarşılandığı qeyd edilib.

“Mənə şəxsən tanış olan Liviya Dövləti Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Məhəmməd Əli Əhməd Əl Haddadın və digər heyət üzvlərinin faciəvi qəza nəticəsində həlak olması xəbəri məni dərindən kədərləndirdi. Bu ağır itki ilə bağlı bütün həlak olanların yaxınlarının və əzizlərinin kədərinə şərik olduğumuzu bildirir, onlara səbir diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Allah rəhmət eləsin”, – deyə başsağlığında vurğulanıb.