🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Masallıda 67 yaşlı qadının meyiti evində aşkarlanıb

Azərbaycan.media xəbər verir ki, Masallı rayonunda evdən meyit tapılıb.

Hadisə rayonun Boradigah qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 67 yaşlı Huriyyə Dadaş qızı Rzayevanın meyiti yaşadığı evdə aşkar edilib.

Mərhumun bədənində zorakılıq əlamətləri müəyyən olunmayıb. Onun hansı səbəbdən öldüyü hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.