Azərbaycan.media xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Publika.az-ın məlumatına görə, təbrik XİN-in “X” sosial şəbəkə platformasındakı rəsmi hesabında paylaşılıb.
Paylaşımda qeyd olunur:
“Bu gün ölkəmizin inkişafı və xalqımızın mənafelərinin qorunması yolunda əzmlə fəaliyyət göstərən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür. Cənab Prezidenti səmimi-qəlbdən təbrik edir və ölkəmizin inkişafına yönəlmiş qətiyyətli fəaliyyətində daimi uğurlar arzulayırıq. Doğum gününüz mübarək, cənab Prezident!”
