Azərbaycan.media xəbər verir ki, Polşa Belarusla sərhəddə pilotsuz uçuş aparatlarından (PUA) müdafiə sisteminin tikintisinə start verib.
Axar.az-ın məlumatına görə, bu barədə “RMF24” nəşri məlumat yayıb. Polşanın daxili işlər naziri Marçin Kirvinski bildirib ki, PUA-lara qarşı müdafiə sisteminin ilk klasteri artıq qüllələrdən birində quraşdırılıb və yanvar ayında istifadəyə veriləcək.
Məqalədə qeyd olunub ki, müdafiə sisteminin ilkin elementləri Krınki şəhəri yaxınlığında yerləşdirilib. Həmin ərazidə hündürlüyü 70 metrdən artıq olan bir neçə müşahidə qülləsi mövcuddur və onlardan biri artıq radar avadanlığı ilə təchiz edilib. Bu qurğular şərq istiqamətindən yaxınlaşan obyektlərin aşkar edilməsi, tanınması və izlənməsi üçün nəzərdə tutulub.
