Azərbaycan.media xəbər verir ki, Moskva meri Sergey Sobyanin paytaxta doğru uçan iki pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirildiyini açıqlayıb.
Lent.az-ın məlumatına görə, Sobyanin bu barədə “Max” platformasındakı kanalında paylaşım edib. O bildirib ki, Moskva istiqamətində hücum edən daha bir PUA məhv edilib.
“Moskvaya hücum edən daha bir PUA məhv edilib. Qalıqların düşdüyü ərazidə fövqəladə xidmətlərin mütəxəssisləri işləyir”, – deyə Moskva meri qeyd edib.
Hadisə ilə bağlı əlavə məlumat verilməyib.
