Azərbaycan.media xəbər verir ki, gecə saatlarında Bakının mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Mirzəağa Əliyev küçəsində qeydə alınıb. Sürücü “Şevrolet” markalı, 77 LD 248 dövlət nömrə nişanlı avtomobilin idarəetməsini itirib. Nəticədə avtomobil yol kənarındakı dəmir maneələri aşaraq Qış parkına daxil olub.
Hadisə zamanı nəqliyyat vasitəsinə və yol təsərrüfatına ciddi maddi ziyan dəyib. Xəsarət alanlar barədə məlumat verilməyib.
Qəza yerinə Fövqəladə Hallar Nazirliyi, Təcili Tibbi Yardım Xidməti və DYP əməkdaşları cəlb olunub.
Hadisə yerindən görüntülər təqdim olunur.
