Azərbaycan.media xəbər verir ki, Xırdalanda xəstənin ölümünə səbəb olmaqda ittiham edilərək həbs olunan tibb bacısı Şəfaqət Bağıyevaya amnistiya aktı şamil edilib.
APA-nın məlumatına görə, Şəfaqət Bağıyeva bu gün cəza çəkdiyi məntəqə tipli cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Məhkəmənin qərarı ilə o, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, amnistiya aktı ilə isə cəzasının çəkilməyən 1 illik hissəsindən azad olunub.
Oxundu: 5
